Yatmazdan əvvəl dilinizin altına qoyun - nəticə sizi heyrətləndirəcək

 


Hamı bilir ki, doyunca yatmaq sağlamlıq üçün əsas şərtdir. Amma müasir həyatın ritmi ilə əlaqədar olaraq insanların yuxu saatı azalıb. Halbuki insan axşam 20.00-21.00-dən səhər 6-7-dək yatmalıdır ki, bütün gün aktiv olan bədən itirdiyi enerjini bərpa edə bilsin. Axı orqanizmin ehtiyat qüvvəsini artırması üçün müəyyən qədər vaxt tələb olunur.

İnsanlar elə düşünürlər ki, bir fincan isti qəhvənin köməyi ilə yorğunluğu aradan qaldıra, güclərini bərpa edə bilərlər. Lakin unudurlar ki, bu, müvəqqəti çıxış yoludur.
Yuxunun keyfiyyətinə bir çox amillər təsir edir - gün ərzində keçirdiyiniz stress, gərgin iş, məişət problemləri və s. Təəssüflər olsun ki, insanlar yuxu problemini aradan qaldırmaq üçün çox vaxt çarəni aptekdə axtarır, dərmanlarla yatmağı sonradan vərdişə çevirirlər. Halbuki, yuxu problemini aradan qaldırmaq üçün ana təbiət nemətlər hədiyyə edib.
 
Milli.Az publika.az-a istinadən yuxu problemini aradan qaldıran resepti təqdim edir.

Bu 2 sadə inqredient yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.
 
Lazım olacaq:
5 çay qaşığı bal
1 çay qaşığı Himalay duzu

Onları qarışdırıb şüşə qaba yığın. Yatmazdan qabaq  qarışıqdan bir az dilin altına qoyub tədricən udmağa çalışın.

Himalay duzunun tərkibinə bədənin bərpası üçün lazım olan  80-dən çox mineral və faydalı elementlər daxildir. Balın tərkibi isə orqanizmi enerji ilə təmin edən qlükoza ilə zəngindir. Himalay duzu və bal serotonin hormonlarını yüksəldir, emosional stress səviyyəsini də aşağı salır. Bu vəsaitin köməyi ilə təbii şəkildə gərginliyi aradan qaldırmaq və yuxunun keyfiyyətini yaxşılaşdırmaq olar.

Comments

Post a Comment

Popular Posts